Gəncədə maşın divara çırpıldı

Gəncədə maşın divara çırpıldı
  20 May 2016    Oxunub:2183
Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
35 yaşlı Surac Abdullayev “VAZ 2106” markalı avtomobillə şəhərin Üzeyir Hacıbəyov küçəsi ilə hərəkət edən zaman idarəetməni itirərək Nizami Sovxozu adlanan ərazidə yol dairəsini tənzimləyən betona çırpılıb.

Qəza zamanı avtomobildə olan 5 nəfər - sürücü Surac Abdullayev, 10 yaşlı Fatimə Mirasliçenko, 26 yaşlı Ruslan Mirasliçenko, 22 yaşlı Arsen Doçenko və 37 yaşlı Sergey Mirasliçenko Mirasliçenko ağır bədən xəsarətləri ilə Abbas Səhhət Adına 1 saylı şəhər xəstəxanasına, avtomobilin digər 2 sərnişini Anjela Mirasliçenko və Ruslan Abdullayev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq VAZ-ın sürücüsü Surac Abdullayev xəstəxanada vəfat edib. Qəzanın digər iştirakçılarının bir neçəsinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə şahidlərinin bildiridiyinə görə, qəzaya yüksək sürət və sürücünün spirtli içkinin təsiri altında olması səbəb olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.(KəpəzTv)



AzVision.az


Teqlər:  





Xəbər lenti