`Stop Metsamor` kampaniyası TRT-də - VİDEO

`Stop Metsamor` kampaniyası TRT-də - VİDEO
  20 May 2016    Oxunub:6221
Metsamor AES-in bağlanmasını tələb edən və Azərbaycanlı bloggerlərin, həmçinin AzVision.az saytının təşəbbüsü ilə başlanan “Stop Metsamor” kampaniyası Türkiyənin TRT Avaz kanalının gündəm mövzusuna çevrilib.

Problemi geniş şəkildə işıqlandıran telekanalda Metsamor AES-in ətraf region üçün böyük təhlükə mənbəyi olduğu bildirilir.

Qeyd edək ki, Metsamor AES Cənubi Qafqaz üçün fəlakət ola bilər. Metsamor atom elektrik stansiyasının (AES) hazırda işləyən 2-ci enerji blokunun texniki vəziyyəti təhlükəlidir. Bu blokun nəzərdə tutulan istismar resursu artıq tam tükənib və elektrik enerjisi hasilatında bundan sonra da istifadə edilməsi stansiyanı Çernobıl AES-də, yaxud “Fukusima-1” AES-də baş vermiş qəzalara bənzər texnogen fəlakət həddinə sürükləyir.




Teqlər:  





Xəbər lenti