Bakıda lisey şagirdi hamını qorxuya saldı

Bakıda lisey şagirdi hamını qorxuya saldı
  19 May 2016    Oxunub:5897
Mayın 17-də Texniki-Humanitar liseydə bədbəxt hadisə baş verib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, 6-cı sinif şagirdi Emil Kərimxanov liseyin 3-cü mərtəbəsindən yıxılıb.

İlkin məlumata görə, şagird tənəffüs zamanı liseyin 3-cü mərtəbəsinin pəncərəsindən aşağı düşüb.

İdarədən onu da bildiriblər ki, hadisə zamanı əraziyə təcili tibbi yardım çağırılıb, şagirdə yardım göstərilərək 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilb.

Hazırda Emil Kərimxanovun vəziyyəti qənaətbəxşdir.

Hadisənin təfərrüatları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində araşdırma aparılır.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti