Arvadını öldürən ər özünü bıçaqladı

Arvadını öldürən ər özünü bıçaqladı
  19 May 2016    Oxunub:1715
Sumqayıtda qətl törədilib.
AzVision.az xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Famil Adıgözəlov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Xalidə Adıgözəlovanı bıçaqlayaraq öldürüb. F. Adıgözəlov daha sonra özünə bıçaqla xəsarət yetirib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzVision.az


Teqlər:





Xəbər lenti