Ərdoğan partiya sədrindən 100 min pul istəyir

Ərdoğan partiya sədrindən 100 min pul istəyir
  19 May 2016    Oxunub:2502
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu növbəti dəfə məhkəməyə verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan haqqında səsləndirdiyi sərt fikirlərə görə, Kılıçdaroğlu barəsində təzminat davası açaraq, ondan 100 min lirə pul tələb edib.

CHP liderinin məhkəməyə verilməsinə səbəb onun ötən gün Türkiyə parlamentində Ərdoğanla bağlı sərt çıxışı göstərilib. Partiya sədrinin çıxışında prezidentin təhqir olunduğu bildirilir.

Qeyd edək ki, Ərdoğan bundan öncə də iki dəfə Kılıçdaroğlunu məhkəməyə verərək ondan təzminat tələb etmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti