Bakıda Tovuz sakinini oğurladılar - VİDEO

Bakıda Tovuz sakinini oğurladılar - VİDEO
  18 May 2016    Oxunub:1692
Bakıda adam oğurluğu faktı qeydə alınıb.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, Rizvan İsrafil oğlu Məmmədrzayev polisə ərizə ilə müraciət edərək dostu, Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Mustafa Asif oğlu Qarayevin dörd nəfər naməlum şəxs tərəfindən "VAZ-2106" markalı, 10 HE 380 dövlət nömrə nişanlı avtomobilə zorla əyləşdirilərək qaçırıldığını bildirib. M. Qarayev bir neçə gün girov saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (Region TV)



AzVision.az


Teqlər:





Xəbər lenti