Bakıda jurnalistin evini yardılar

Bakıda jurnalistin evini yardılar
  18 May 2016    Oxunub:2606
APA informasiya agentliyinin əməkdaşı Mübariz Aslanovun yaşadı mənzil qarət olunub.
Jurnalistin bildirdiyinə görə, mayın 17-də kirayədə yaşadığı Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hadisə baş verən vaxt evdə heç kim olmayıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti