Bakınının üç rayonunda qaz olmayacaq

Bakınının üç rayonunda qaz olmayacaq
  18 May 2016    Oxunub:1340
Bu gün Bakının Sabunçu, Suraxanı və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə AzVision.az-a “Azəriqaz” İB-dən bildirilib.

“Yeni çəkilmiş küçə qaz xəttinin mövcud qaz xəttinə qoşulması, Pirallahı qəsəbəsi ərazisində qaz xətləri üzərində quraşdırılmış qaz tənzimləyicinin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 18-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa, Bilgəh, Albalılıq və Savalan yaşayış massivində, Suraxanı rayonunun Zirə qəsəbəsinin, həmçinin Xəzər rayonunun Pirallahı və Buzovna qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq”, - deyə qurumdan qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti