`Ermənistan regionda təhlükə mənbəyidir` - Gürcü alim

`Ermənistan regionda təhlükə mənbəyidir` - Gürcü alim
  18 May 2016    Oxunub:1718
Azərbaycan və Gürcüstan regionda sülhün, əmin-amanlığın tərəfdarıdır. Regionun inkişafı, təhlükəsizliyi üçün əllərindən gələni edirlər və birgə irimiqyaslı layihələr həyata keçirirlər. Təəssüflər olsun ki, Ermənistan regionda yeganə münaqişə mərkəzi və təhlükə mənbəyidir.
AzVision.az xəbər verir ki,bu sözləri Azərtac-a müsahibəsində Gürcüstan-Qafqaz Strateji Təhqiqatlar İnstitutunun prorektoru Simon Kopadze söyləyib.

Alimin sözlərinə görə, regionda sabitliyin pozulmasında Ermənistanın rolu böyükdür. Azərbaycanda və Gürcüstanda yaşayan ermənilər heç vaxt bu dövlətlərin çiçəklənməsinə çalışmayıblar. Onlar daim “böyük Ermənistan” xülyası ilə yaşayıblar və məskunlaşdıqları əraziləri özününküləşdirməyə çalışıblar. Bu da hər zaman ciddi problemlərə səbəb olub.

Prorektor bildirib ki, bu gün Ermənistan həm də, regionda radioloji təhlükə mənbəyidir. Metsamor AES buna ən böyük misaldır. Bu stansiya öz ömrünü, istismar müddətini başa vursa da, onun bağlanması və ya modernləşdirilməsi mümkün deyil. Bunun üçün ilk növbədə siyasi iradə lazımdı. Siyasi müstəqilliyi olmayan ölkə olan Ermənistan isə bunu edə bilməz. Çünki müstəqil siyasəti yoxdur.

Ermənistan hakimiyyəti başa düşmür ki, Metsamor AES təkcə azərbaycanlılar, türklər və gürcülər üçün deyil, erməni xalqının özü üçün də ciddi fəlakət mənbəyidir. Biz tarixdən atom silahının nəyə qadir olduğunu yaxşı bilirik. Yaxın keçmişimizdə Çernobılda baş verən partlayışı da xatırlayırıq. Otuz ilə yaxın vaxt keçib, amma hələ də Çernobıl problemi yaşanır. Ona görə də hesab edirəm ki, bu stansiya bağlanmalıdır.

Alim bildirir ki, stansiyanın bağlanması üçün 5 milyard dollar, bəzən, bundan çox vəsaitin tələb olunduğu iddia olunur. Bəziləri vəsaitin çoxluğunu əsas gətirirlər. Amma burada söhbət məbləğdən getmir. Burada, yenə də deyirəm, siyasi iradə lazımdır, bu iradə olsa pul da tapılar. Müstəqil siyasəti olmayan bir ölkə isə heç vaxt ortaya siyasi iradə qoya bilməz.

Hesab edirəm ki, təkcə MAQATE deyil, bütün beynəlxalq təşkilatlar bu məsələyə ciddi yanaşmalıdırlar. Metsamor AES-in bağlanması üçün səylər artırılmalı, ciddi tədbirlər görülməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti