Çaqqalı vurmaq istədi, qonşularını güllələdi

Çaqqalı vurmaq istədi, qonşularını güllələdi
  17 May 2016    Oxunub:1585
Daxili İşlər Nazirliyi Ucarda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
AzVision.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, mayın 15-də Ucar rayonunun Yuxarı Şilyan kənd sakini Daşqın Həsənov həyətyanı sahəsinə girmiş çaqqalın istiqamətində tüfəngdən açdığı atəş nəticəsində ətrafa səpələnmiş qırmalardan qonşuları Aqil Fəzliyev və arvadı Günel xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Ucar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən D.Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti