Qaxda dəhşətli qəza: məktəb direktoru və anası öldü

Qaxda dəhşətli qəza: məktəb direktoru və anası öldü
  17 May 2016    Oxunub:2737
Bu gün axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə Şəki rayonu, 1953-cü il təvəllüdlü Göybulaq kənd sakini Firudin Ziyadxan oğlu Təhməzovun idarə etdiyi "99-HA-745" qeydiyyat nişanlı "Niva" markalı avtomobilin yol kənarında dayanan və 1986-cı il təvəllüdlü Qax sakini Muradov Ruslan Ümüd oğluna məxsus olan "62-T-177" qeydiyyat nişanlı "Traktor"a çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb. Onlar Səlihə Muradova və qızı Xanpəri Muradovadır.

Xanpəri Muradova Qax rayon İlisu kəndində Nizami Gəncəvi adına orta məktəbin direktorudur.

Ölənlər sürücünün həyat yoldaşı və qayınanası olublar.

AzVision.az


Teqlər:  





Xəbər lenti