Bakıda liftdə qalan 5 nəfər xilas edilib

Bakıda liftdə qalan 5 nəfər xilas edilib
  17 May 2016    Oxunub:1239
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 22:21-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti