Hakan Şükür: “Mən türk deyiləm!”

  23 Fevral 2013    Oxunub : 300
Hakan Şükür: “Mən türk deyiləm!”
Türkiyə millisinin keçmiş kapitanı, hazırda hakim partiyanı milli məclisdə təmsil edən Hakan Şükür tələbələrlə görüşü zamanı maraqlı açıqlamalar verib.
Türkiyə KİV-nin verdiyi məlumata görə, Mehmet Akif Ersoy Universitetində təşkil olunan tədbirdə çıxış edən Hakan Şükür, tələbələrdən birinin kürd problemi ilə bağlı sualını cavablandırarkən “Əslində mən də milliyyətcə albanam.Bu baxımdan yanaşanda, mən türk deyiləm”.

H.Şükür qeyd edib ki, buna baxmayaraq, o Türkiyənin cörəyini yeyib: “Mən bu torpaqların çörəyini yeyib, suyunu içmişəm. Bu torpaqlarda yaşayıram” – deyə o qeyd edib.

Teqlər: