"Angry Birds kinoda" Cinemaplus-da - TREYLER

"Angry Birds kinoda" Cinemaplus-da - TREYLER
  13 May 2016    Oxunub:1794
Əfsanəvi mobil oyun "Angry Birds kinoda" Cinemaplus ekranlarında
Premium kinoteatrlar şəbəkəsi CinemaPlus mayın 13-ündən etibarən "Angry Birds kinoda " animasiya filminin nümayişlərinə başlayıb.

AzVision.az xəbər verir ki, animasiya filmi populyar oyun personajları olan quş və donuz balalarının məşhur qarşıdurması haqqında danışacaq, həmçinin sevimli qəhrəmanların maraqlı sirlərini açacaq.

Cizgi filminin rejissorları Clay Kaytis və Fergal Reilly dueti olub. Ssenari Con Vitti-yə məxsusdur. Baş rollarda: Piter Dinkleyc, Ceyson Sudeykis, Bill Heyder, Kiqen –Maykl Ki, Coş Qed və s.



Hadisələr uça bilməyən quşlar ilə məskun edilmiş cənnət adasında cərəyan edir. Onların arasında 3 uğursuz var: Qırmızı, Qara, Sarı. Adaya donuzlara oxşar işğalçılar hücum etməkdən öncə onların qabiliyyəti heç kimə lazım deyildi. Lakin bu məqamda qəhrəmanlarımız yada düşdü! Yalnız onlar yaşıl donuz balalarının yürüşünü dayandıra bilərlər!
Qeyd etmək istəyirik ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə “CinemaPlus” kinoteatrının açılışı baş tutdu. Kinoteatr “Xəmsə Park” Ticarət Mərkəzi, Nizami küçəsi 8 ünvanın 4-cü mərtəbəsində yerləşir.

“CinemaPlus” 28 mall kinoteatrı Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Ətraflı məlumat üçün “CinemaPlus”-un İOS və Android əməliyyat sistemli smartfonlar üçün yaratdığı yeni mobil əlavəni yükləyin

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti