Şagirdini hamilə qoyan müəllim tutuldu

Şagirdini hamilə qoyan müəllim tutuldu
  14 May 2016    Oxunub:7380
Şamaxıda şagirdini zorlamaqda ittiham edilən müəllim İbrahimov Elnur Həsənağa oğlu saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə ANS TV məlumat verib. Televiziyanın rayona ezam olunan müxbiri müsahibə üçün həmin müəllimin evinə getdiyini, lakin saxlanıldığı üçün yalnız onun əmisioğlu ilə görüşə bildiyini qeyd edib.

Məlum olub ki, Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. Şamaxıda kolleci bitirən müəllim həmin məktəbdə 4 ildir ki, işləyirmiş

Bundan başqa, çəkiliş qrupu zorakılıq nəticəsində hamilə qaldığını iddia edən 9-cu sinif şagirdinin də evinə baş çəkib. Amma qızın bacısı onun anası ilə birgə şəhər mərkəzinə getdiyini deyərək qapını açmayıb.

Məktəbli qızı zormaqda ittiham olunan Elnur İbrahimovun atası Həsənağa İbrahimov insanları şoka salan hadisə ilə bağlı AzVision.az-a açıqlama verib.

H.İbrahimov bildirib ki, oğlu günahsızdır, ona şərt atırlar. Atasının sözlərinə görə, E. İbrahimov ailəlidir, iki övladı var: “Həmin qızla oğlumun arasında heç nə olmayıb. Bunu ekspertiza da açıqladı. Qızı üç dəfə yoxlayıblar. O, bakirə çıxıb. Həmin qızın ailəsi də bizim kənddə yaşayır. Oğlum hazırda polisdə ifadə verir. O, deyir ki, qızla arasında heç nə baş verməyib. Yayılan xəbərlər yalandır. Həmin qız 9-cu sinifdə oxumur, məktəbi bitirib”.

H.İbrahimov qeyd edib ki, məktəbli qızın oğlu tərəfindən zorlanması sübut edilərsə, Elnur həmin xanımla ailə həyatı quracaq.

“Oğlum o qızın uşağının atası olsa, mən onu qəbul edərəm. Rəsmi qayda oğlumla onu evləndirərəm. Amma qız mənim oğlumdan hamilə qalmayıb. Oğlum həm də deyir ki, o qız hər gün telefonuna mesajlar göndərirmiş. Oğlumu yoldan çıxarmaq istəyirdi. Elnur isə qızla heç vaxt görüşməyib. Prokurorluqdan da bildirdilər ki, qız oğluma mesajlar yazırmış. Əgər o qız mənim oğlumdan hamilə qalıbsa, mən oğlumu boşatdırıb, həmin qızla evləndirməyə hazıram. Biz dövlətimizə, məhkəmə orqanlarına inanırıq. Qızın bakirə olması ilə bağlı Məhkəmə Tibbi Ekspertizadan rəy verilib. Oğlumun gözəl ailəsi, uşaqları var. O, ibtidai sinif müəllimi işləyirdi. Elnur deyir ki, mənə şər atırlar, mən o qızı zorlamamışam”-deyə H.İbrahimov vurğulayıb,

Xatırladaq ki, 9-cu sinif şagirdi olan qızın sözlərinə görə, müəllim onu gecə öz yaşadıqları evdə ayaqyoluna getmək istəyəndə zorlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti