Avropanın gənc psixoloqları Azərbaycanda toplanır

Avropanın gənc psixoloqları Azərbaycanda toplanır
  13 May 2016    Oxunub:16178
Avropa Tələbə Psixoloqlar Assosasiyalar Federasiyasının (EFPSA) ən böyük tədbiri hesab olunun illik toplantısının növbətisi ölkəmizdə keçiriləcək.

Bu barədə məlumat verən, “Gənc Psixoloqlar” İctimai birliyinin sədri Orxan Oruc-zadənin sözlərinə görə, EFPSA-nın 31-ci ümumavropa konqresi 2017-ci ilin aprel ayında ölkəmizdə təşkil ediləcək.

16 nəfərlik heyətlə 1-8 may tarixlərində EFPSA-nın Portuqaliyada keçirilən 30-cu ümumavropa konqresində iştirak etmiş “Gənc Psixoloqlar” İctimai birliyinin idarə heyəti və bir qrup üzvünə təqdim olunmuş simvolik hədiyyə ilə Azərbaycanı rəsmi şəkildə yeni ev sahibi kimi təsdiq ediblər.

Ötən ilin aprel ayında Çexiyada keçirilən 29-cu EFPSA konqresi zamanı 31-ci konqres üçün ev sahibliyi üçün Azərbaycanın namizədliyi irəli sürülmüş və 33 Avropa ölkəsinin nümayəndələrinin səsverməsi ilə 31-ci konqresin ev sahibliyi Azərbaycana həvalə edilib.

Qeyd edək ki, EFPSA (European Federation of Psychology Students Assosiation) –34 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Təşkilatın fəaliyyət istiqamələrinə müxtəlif təlimlər, yay məktəbləri, konfranslar, araşdırma layihələri, mübadilə proqramları və s. daxildir.


Teqlər:





Xəbər lenti