Bakirə qız hamilə qala bilərmi? - Həkim danışdı

Bakirə qız hamilə qala bilərmi? - Həkim danışdı
  13 May 2016    Oxunub:52800
Şamaxıda 15 yaşlı məktəbli qızın müəllimi tərəfindən zorlanması ölkədə şok effekti yaradıb. Hamı bu olaydan danışır, hadisə ilə bağlı sosal şəbəkələrdə qızğın müzakirələr aparılır.
Müəllim Elnur İbrahimov tərəfindən zorlandığı iddia olunan qız hamilə olsa da, Rayon Məhkəmə Tibb Ekspertizasının verdiyi rəy hər kəsi təəccübləndirib. Məlum olub ki, həmin qız bakirədir.

Məhkəmə tibbi eksperti Məmməd Abdulrahibov 9-cu sinif şagirdinin müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını təsdiqləyib. 15 yaşlı şagird seksual xarakterli hərəkətlər yolu ilə hamilə qalıb.

Bakirə qız necə hamilə qala bilər?

Həkim-ginekoloq Lala İmanova AzVision.az-a bildirib ki, bakirə olduğu halda qızın hamilə qalması mümkündür.

Onun sözlərinə görə, Azərbaycanda bir neçə dəfə belə hala rast gəlinib. Ginekoloq deyib ki, hamilə qalmaq üçün bakirəliyin pozulması şərt deyil. Əgər maya (sperma) qarşı tərəfin cinsiyyət üzvünə düşürsə, qadın bakirə olduqda belə, hamilə qala bilir.

Qeyd edək ki, biabırçı hadisə Şamaxının Pirbəhli kənd orta məktəbində hadisə baş verib. 9-cu sinif şagirdinin müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qaldığı deyilir.

Hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi açılıb. Araşdırma gedir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti