Aprel döyüşlərində yaralanan hərbçimiz komadan ayılıb

Aprel döyüşlərində yaralanan hərbçimiz komadan ayılıb
  13 May 2016    Oxunub:5038
Aprel döyüşlərində başından güllə yarası alan Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Yaşar Ağayev komadan ayılıb.
Bu barədə AzVision.az-a hərbçinin dayısı Şahlar Ağayev məlumat verib.

“Həkimlər hər şeyin yaxşıya doğru getdiyini deyirlər. Yaşar baş nahiyyəsinən ağır güllə yarası almışdı. Hazırda vəziyyəti yaxşıdır. O, 4 ildir ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir. Ötən gün atası Yaşarla görüşüb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti