Astarada avtobus qəzası: 4 nəfər öldü, yaralılar var

Astarada avtobus qəzası: 4 nəfər öldü, yaralılar var
  13 May 2016    Oxunub:2286
Ələt Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.

“Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti