Ər evdən qaçan arvadını axtarır

Ər evdən qaçan arvadını axtarır
  12 May 2016    Oxunub:1799
Paytaxtda 20 yaşlı qadın itkin düşüb.
AzVision.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Gəncə prospektində yaşayan 1984-cü il təvəllüdlü Kərəmov Nicat Vasif oğlu (ad və soyadlar şərtidir) Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 20 yaşlı həyat yoldaşı aprelin 25-də evdən qaçıb.

O qeyd edib ki, 1996-cı il təvəllüdlü Vəsilə Məhərrəmova həmin gün günorta saatlarında evi tərk edib və sonra ondan xəbər tutmaq mümkün olmayıb. N.Kərəmovun müraciəti əsasında araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti