Erməniləri məhv edən şəhid Novruzov təltif edilib - FOTOLAR

Erməniləri məhv edən şəhid Novruzov təltif edilib - FOTOLAR
  12 May 2016    Oxunub:11407
2-5 aprel tarixlərində cəbhə xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Milli Ordumuzun zabiti, baş leytenant Novruzov Mirzə Sərvər oğlu təltif edilib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə baş leytenant Mirzə Novruzov “İgidliyə görə” medalına layiq görülüb.

İki uşaq atası olan Mirzə Novruzov II Fəxri Xiyabanda dəfn edilib.

Hərbçi yoldaşlarının sözlərinə görə, şəhid Novruzov aprel döyüşləri zamanı düşmənin bir neçə hərbçini məhv edib.



Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif olunub.







Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti