Azərbaycanda tanınmış alimə 120 min pul `atdılar`

Azərbaycanda tanınmış alimə 120 min pul `atdılar`
  12 May 2016    Oxunub:3426
Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub.

Şikayət ərizəsinə görə, Suliddin və Hakim adlı şəxslər A. Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb 120 min manat pulunu alıblar. Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A. Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti