Balakəndə evlərə qənim kəsilən şəxslər tutulub

Balakəndə evlərə qənim kəsilən şəxslər tutulub
  12 May 2016    Oxunub:1930
Balakəndə evlərdən oğruluq edən şəxslər tutulub.
Balakən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Balakən sakini Cavahir İsa qızı Layıcova RPŞ-yə müraciət edib. Onun sözlərinə görə, Balakən şəhəri, M. İbrahimov küçəsi ev 66 ünvanında yerləşən evində olmadığı müddətdə naməlum şəxslər onun mənzili soyublar.

Müraciət əsasında Balakən RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində C. Layıcovaya məxsus evdən oğruluq edən şəxslərin Balakən şəhər sakinləri 1979-cu il təvəllüdlü Elşən İlyas oğlu Corov və Elnur Nurəddin oğlu Xəlilov olduqları müəyyən olunub. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil ediliblər.

Elşən Corov və Elnur Xəlilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində həmçinin məlum olub ki, onlar carı ilin fevral ayında Balakən şəhəri, M. Müşviq küçəsi ev 26 ünvanında yaşayan Vüqar Əliyevə məxsus evin pəncərəsindən qanunsuz evə girərək oradan 1 ədəd LG markalı paltaryuyan maşın, 1 ədəd televizor və digər ev əşyaları oğurlayıblar. Aparılmış ilkin istintaq zamanı məlum olub ki, Elşən Corov və Elnur Xəlilov vətəndaşlara ümumilikdə 5 min AZN məbləğində maddi ziyan vurublar.

Elşən Corov və Elnur Xəlilov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Balakən RPŞ-də CM-nin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti