Ermənistan bayraq təxribatına görə cəzalandırılacaq

Ermənistan bayraq təxribatına görə cəzalandırılacaq
  12 May 2016    Oxunub:2637
Avropa Yayım Birliyi (AYB) ) "Eurovision-2016" müsabiqəsində Ermənistan təmsilçisinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib.

AzVision.az xəbər verir ki, AYB bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, belə hallar "Eurovision" mahnı yarışmasına xələl gətirəcək.

Qurumun nəzarət qrupu qaydalara əsaslanaraq Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb.

Sanksiyanın nəticəsi qrupun iyunda keçiriləcək iclasda müəyyən olunacaq.

Nəzarət qrupu bir daha bəyan edib ki, qaydaların pozulması ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti