Bakı metrosunda ölüm - Həkim dünyasını dəyişdi

Bakı metrosunda ölüm - Həkim dünyasını dəyişdi
  11 May 2016    Oxunub:5304
Bu gün səhər saatlarında metronun “Qara Qarayev” stansiyasında ölüm hadisəsi baş verib.
Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev bildirib.

QSC rəsmisi qeyd edib ki, dünyasını dəyişən şəxs 1947-ci il təvəllüdlü Bakı sakini, ixtisasca həkim olan Həsənov Emin Hüseynağa oğludur.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Stansiyaya həkimlər çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti