Ərdoğan Davudoğlunu qızının toyuna çağırdı - FOTO

Ərdoğan Davudoğlunu qızının toyuna çağırdı - FOTO
  10 May 2016    Oxunub:3650
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sürəyya Ərdoğanın həftə sonu baş tutacaq toy mərasiminin dəvətnamələri paylanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 14 mayda keçiriləcək toya Türkiyənin 11-ci prezidenti Abdulla Gül, baş nazir Əhməd Davudoğlu, Nazirlər Kabinetinin demək olar ki, bütün üzvləri, Ədalət və İnkişaf Partiyasının (AKP) səlahiyyətli nümayəndələri və millət vəkilləri dəvətlidirlər.

Baş nazir postundan istefasından sonra Davudoğlu ilə prezident arasında münasibətlərin kəskinləşdiyi bildirilsə də, Ərdoğan keçmiş dostunu da toya açğırmağı unutmayıb.

“Övladlarımız Sürəyya və Səlcuğun nikah mərasimində sizləri də aramızda görməkdən məmnun olarıq. Əminə və R.Tayyib Ərdoğan- Canan və Özdəmir Bayraktar”-deyə dəvətnamələrdə qeyd olunub.

Qeyd edək ki, cütlüyün toy mərasimi 14 may tarixində İstanbulun ən böyük saraylarından biri olan Halkalıdakı Yəhya Kamal Beyatlı sarayında baş tutacaq.



Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti