Arvadını öldürüb, intihar edən ərlə bağlı məlumat

Arvadını öldürüb, intihar edən ərlə bağlı məlumat
  10 May 2016    Oxunub:2576
Bakıda ailə faciəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 9-da İmişli rayon sakini Şahin Qurbanov paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzildə münaqişə zəminində qeyri-rəsmi nikah münasibətində olduğu həmyerlisi Gülnarə Ağayevanı bıçaqla qətlə yetirib.

Ş.Qurbanov daha sonra isə özünü asıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti