Hitlerin heykəli 17,2 milyon dollara satıldı

Hitlerin heykəli 17,2 milyon dollara satıldı
  09 May 2016    Oxunub:2089
İtaliyalı heykəltaraş Maurizio Kattelan Adolf Hitlerin diz çökən heykəlini 17,2 milyon dollara satıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda “Döyüş sonrası dövr və müasir incəsənət” adlı açıq hərrac keçirilib.

Hərracda Maurizio Kattelanın Hitlerə həst etdiyi heykəl ən yüksək qiymətə satılıb.

Hündürlüyü 101 sm olan heykəl 2001-ci ildə mum və qatrandan hazırlanıb. Əsər arxadan baxanda dua edən uşağa bənzəyir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti