Sülh üçün yalvaran, müharibə üçün dilənən Ermənistan - KARİKATURA

Sülh üçün yalvaran, müharibə üçün dilənən Ermənistan - KARİKATURA
  26 Aprel 2016    Oxunub:22642
Cəbhədəki son döyüşlərdə verdiyi itkilərn yerini daxili ehtiyatlar hesabına doldura bilməyən Ermənistan gizli yolla xaricdə yaşayan ermənilərdən yardım istəyir.

Ermənistan mətbuatında və sosial şəbəkələrində yayılan xəbərlərə görə, düşmən ölkə itirdiyi texnikanı və sursatları bərpa etmək məqsədi ilə yerli bank hesabları açıb və həmin hesabları mətbuat vasitəsi ilə yayımlayıb.

Ermənistan rəhbərliyinin ayrı-ayrı imkanlı adamlardan, ictimai təşkilatdan yardım istəməsinə dəstək verənlər də tapılıb. Belə ki, ölkədəki İctimai-Demokrat Partiyasının üzvləri bir qrup şəxslə birlikdə Sarkisyanın xahişini yerinə yetirmək üçün cəbhəyə yollanıb və erməni əsgərlərinə 12 ədəd müşahidə cihazı və gözlük hədiyyə ediblər.


Teqlər:  





Xəbər lenti