Qiyabi təhsil üzrə lider universitetlərimiz - SİYAHI

 Qiyabi təhsil üzrə lider universitetlərimiz - SİYAHI
  19 İyul 2013    Oxunub:1421
Siyahıda üç ali təhsil ocağının adı var.
AzVision.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Respublikanın ali təhsil müəssisələrinin qiyabi şöbəsində 2011-2012-ci tədris ilində bakalavr səviyyəsində 18941, magist səviyyəsində 3164 nəfər tələbə təhsil alıb. Onlardan bakalavr səviyyəsini 3164, magistr səviyyəsini isə 950 nəfər tələbə bitirib.

2012-2013-cü tədris ilinin nəticələri isə yaxın vaxtlarda məlum olacaq.

Qiyabi şöbədə ən çox tələbəsi olan ali məktəb Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti