Qənirə Paşayeva AŞPA-da erməniləri qınadı

Qənirə Paşayeva AŞPA-da erməniləri qınadı
  18 Aprel 2016    Oxunub:4266
Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Büronun inkişaf qətnaməsi”nin müzakirəsi zamanı ön cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycana qarşı itttiham dolu çıxış edən erməni deputat Samvel Farmanyana sərt cavab verib:
”Mən burada başqa bir çıxış edəcəkdim. Terrora qarşı birgə mübarizəmizin gücləndirilməsinin önəmindən, mədəniyyətlərarası dialoqun genişlənməsi istiqamətində daha nələr etməliyik, onlardan danışacaqdım. Amma Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyanın ölkəm əlehinə söylədiyi yalanlara, ittihamlara cavab vermək, gerçəkləri sizə çatdırmaq istəyirəm. Mən sizlərə işgalçı Ermənistan hərbiçilərinin anasının gözləri önündə qətl etdiyi 16 yaşındakı Türanə Həsənlinin anasının, oğlunun gözləri önündə qətl edilən Dadaşov Qaraşın ailəsi və son günlərdə ön cəbhədə Ermənistan hərbçilərinin atəşkəsi pozaraq qətl etdiyi və yaraladığı, evlərini dağıtdığı onlarla mülkü azərbaycanlı ailənin çağrışlarını səsləndirmək istəyirəm. Aprel ayında Ermenistan atəşkəsi pozaraq mülkü azərbaycanlıları, kəndlərı hədəfə alıb, bir neçə mülkü vətəndaşı qətl etmiş, çoxlu sayda evləri dağıtmışdır. Bizim əlimizdə bunu sübut edən fotolar və videolar var. Ermənistan heyəti adına çıxış edən Farmanyan təəssüf olsun ki, Ermənistan ordusunun atəşkəsi pozmasına, törətdiyi cinayətlərə, qətillərə səssiz qalaraq, həqiqətlə heç bir əlaqəsi olmayan açıqlamalar verir və dünya ictimaiyyətini yanıltmağa çalışırlar. Ermənistan ordusu 2 apreldən başlayaraq Ermənistanın işgal etdiyi Azərbaycan topraqlarında qurduğu mövqelərindən atəşkəsi pozur. Bunu xüsusilə bilmənizi istəyirik: Azərbaycan və Ermənistan arasında yaşanan son olaylar, iki ölkənin sərhəddində deyil, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Bu çatışmada həlak olan Azərbaycan əsgərləri öz torpaqlarını qoruyurdu. Bəs Ermənistan əsgər və hərbçiləri orada nə gəzirdi? Soruşun Farmanyandan ki, sizin əsgərlərinizin o hadisələrin baş verdiyi yerdə, Azərbaycan torpaqlarında nə işi var idi? Mən burda sizin yanınızda soruşuram: cavab versin görək, nə işi vardı? Çünki Ermənistan işğalçılığını davam etdirərərk hələ də Azərbaycan torpaqlarını azad etmir. Mən Farmanyanın Qarabağ problemi ilə bağlı mövqeyinə görə AŞPA prezidenti Pedro Agramunta qarşı səsləndirdiyi ittihamlara kəskin etiraz edirəm. AŞPA prezidenti ədalətin yanında olaraq bu problemin həllinə, işğalın bitməsinə çağırır. Biz Assambleyamızı bu məsələyə daha çox diqqət ayırmağa, işğalın bitməsi üçün daha çox çalışmağa və işğalçı Ermənistana təzyiqə və ədalətin yanında olmağa çağırırıq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti