Davudoğlu müsəlmanlara səsləndi: `Qarabağı azad etməliyik` (Video)

Davudoğlu müsəlmanlara səsləndi: `Qarabağı azad etməliyik` (Video)
  14 Aprel 2016    Oxunub:4332
“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləməlidir”.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Zirvə toplantısında çıxışı zamanı deyib.

“İslam dünyası ölkələrinin parçalanması təşəbbüslərinə qarşı, beynəlxalq hüquq normalarına uyğun olaraq bütün müsəlman ölkələrinin ərazi bütövlüyünün qorunması məsələsində ortaq mübarizə aparmalıyıq. Başda Fələstin olmaqla işağl altında olan bütün islam torpaqlarının azad edilməsi məsələsində birgə fəaliyyət göstərməliyik.

Dünyada müsəlman toplumlarının yaşadığı, zamanla bu və ya digər şəkildə islam kimliyinin silinməyə çalışıldığı torpaqların işğaldan azad edilməsi üçün ortaq mövqe nümayiş etdirməliyik”.

Davudoğlu çıxışı zamanı diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldib: “Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin işğaldan azad edilməsində vahid mövqedən çıxış etməli, problemin həllində Azərbaycana dəstək verməliyik”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti