Erməni pedofil 150 azyaşlını zorlayıb

Erməni pedofil 150 azyaşlını zorlayıb
  29 Mart 2016    Oxunub:3834
Tatarıstanda azyaşlılara qarşı zorakılıq edən 48 yaşlı erməni E. Saqiyan saxlanılıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, çəkməçi işləyən Saqiyan 150 epizod üzrə azyaşlıları zorlamaqda şübhəli bilinir. Onun “qurbanlar”ı aztəminatlı ailələrdən olan və sosial sığınacaqlarda yaşayan 14-18 yaş arası qızlar olub.

İstintaqla sübuta yetirilib ki, o, qızlara köməklik göstərəcəyi haqda vədlər verərək evinə aparırmış. Belə ki, Saqiyan qızlarla Naberejnı Çelnının küçələrində tanış olaraq, onların əgər getməyə yerləri yoxdursa, evində gecələməyi, hətta onlara pul verməyi vəd edirmiş. Evinə gətirdiyi qızlara “qanuni oğru” olduğunu deyən Saqiyan onları polisə şikayət edəcəkləri təqdirdə öldürəcəyini deyib.

Qızlara qarşı zorakılıq bununla bitməyib. Zorladığı qızları axtarıb tapan Saqiyan onları döyərək yenidən evinə gətirib zorlayırmış

Sonuncu dəfə 10 gün evində saxladığı 14 yaşlı qızı döyüb və işgəncələr verib. Yeniyetmə qız təsadüfən ehtiyat açarı tapmaqla Seqiyanın girovluğundan xilas ola bilıib.

Yetkinlik yaşına çatmayanlara qarşı seksual xarakterli hərəkətlər törətməkdə ittiham edilən pedofil yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti