`Türkiyə ilə konfliktimiz müvəqqətidir` - Rusiya XİN

`Türkiyə ilə konfliktimiz müvəqqətidir` - Rusiya XİN
  26 Mart 2016    Oxunub:3243
`Türkiyə və Rusiya arasında yaşanan konflikt müvəqqəti xarakter daşıyır`
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İŞlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.

XİN rəsmisi ABŞ-ın dövlət katibi Con Kerrinin Moskva səfəri zamanı Rusiya-Türkiyə münasibətləri ilə bağlı məsələnin müzakirə olunmadığını qeyd edib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən ilin noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib. Hətta Rusiya birtərəfli qaydada Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Bu insidentdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Putinlə dəfələrlə görüşməyə dair təşəbbüs göstərsə də, Rusiya lideri hər dəfə bundan imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti