Brüsselə aviareyslər təxirə salındı

Brüsselə aviareyslər təxirə salındı
  22 Mart 2016    Oxunub:2636
“Türk Hava Yolları” (THY) aviaşirkətinə məxsus, İstanbul-Brüssel istiqamətində hərəkət edən təyyarə Belçika paytaxtında baş verən partlayışlarla əlaqədar əvvəlcə Belçikanın Liege şəhərinə istiqamətləndirilib.

Daha sonra təyyarə Niderlandın Amsterdam şəhərindəki hava limanına doğru hərəkət edib.

Türkiyə vaxtı ilə saat 08.24-də havaya qalxan təyyarə Brüsseldəki hava limanında iki partlayışın baş verməsi ilə əlaqədar istiqamətini dəyişib. Partlayış baş verən zaman THY-nin daha bir təyyarəsinin sərnişinləri göyərtəni tərk edirmiş. “Türk Hava Yolları” Brüsselə nəzərdə tutulan bütün səfərlərini müvəqqəti ləğv edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti