Serbiya Putindən qorxdu: “Sanksiyalara qoşulmayacağıq”

Serbiya Putindən qorxdu: “Sanksiyalara qoşulmayacağıq”
  20 Mart 2016    Oxunub:1658
Serbiya heç vaxt Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaq.
AzVision.az xəbər verir ki, bunu ölkənin BMT-dəki rəsmi nümayəndəsi Ana İliç bəyan edib.

“Ölkəmizin dövlət başçısı, xarici işlər naziri dəfələrlə bəyan edib ki, Serbiya heç zaman Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayacaq. Bizim mövqe dəyişməz olaraq qalır”, - deyə o, bildirib.

Qeyd edək ki, sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişi gözləməyə məcbur etməkdir. AB və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti