Parisi partladan terrorçu tutuldu

Parisi partladan terrorçu tutuldu
  19 Mart 2016    Oxunub:2952
Paris hücumlarında əsas şübhəli sayılan Salah Abdeslam Brüsseldə həbs olunub.
Polis və yerli mətbuatın verdiyi məlumatına görə, Salah Abdeslam martın 18-də Brüsselin Molenbek rayonunda keçirilən reyd zamanı həbs olunub. Onun yaralandığı bildirilir.

Polis həftənin əvvəllərində Brüsseldəki mənzildə onun barmaq izlərini aşkar eləmişdi.

26 yaşlı Abdeslam Paris hücumlarından əvvəl Molenbekdə yaşayıb.

Qeyd edək ki, ötən ilin noyabrında Parisdə törədilən terror aktlarında 130 nəfər ölüb. İŞİD terror təşkilatı hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti