FES qərarını açıqladı - dollar sürətlə ucuzlaşır

FES qərarını açıqladı - dollar sürətlə ucuzlaşır
  17 Mart 2016    Oxunub:9897
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iclasına yekun vurulub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, FES uçot dərəcəsini dəyişməyərək 0.5 faizdə saxlayıb.

Bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Buna paralel olaraq neftin qiyməti də qalxır.

Qeyd edək ki, bundan əvvəl dekabr iclasında faizlərin uçot dərəcəsini 0.25 faiz artıran FES 2016-cı il üçün üç dəfə faiz artımı edəcəyini proqnozlaşdırmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti