Putini təhqir edənlər həbs olunacaq

Putini təhqir edənlər həbs olunacaq
  16 Mart 2016    Oxunub:3221
Rusiya Dövlət Dumasında “Rusiya Federasiyasının Prezidentinin şərəf və ləyaqətinin qorunması” haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə prezidenti təhqir edən ruslar cinayət məsuliyyətinə cəlb oluna və 3 ildən 6 ilədək azadlıqdan məhrum oluna bilərlər.

Deputat Roman Xudyakov qanun layihəsini hazırlayan zaman “Rusiya Federasiyasının Prezidentinin şərəf və ləyaqətinin qorunması” haqqında qanundan istifadə etdiyini bildirib.

Qanun layihəsinin hazırlanmasına səbəb kimi deputat “Youtube” portalında Vladimir Putinə birbaşa ünvanlanan təhqirləri özündə əks etdirən videoların aşkarlamasını göstərib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti