Kerrinin Moskva səfərinin səbəbi bilindi

Kerrinin Moskva səfərinin səbəbi bilindi
  16 Mart 2016    Oxunub:3490
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, ABŞ dövlət katibi Con Kerrinin Moskva səfərinin əsas mövzusu Suriya münaqişəsinin nizamlanması olacaq.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Biz hazırda səfərə hazırlıq işləri görürük. Təbii ki, görüşün əsas mövzusu Suriyaya həsr olunacaq”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, gələn həftə ABŞ dövlət katibi Con Kerri növbəti həftə Rusiyaya rəsmi səfər edəcək.

Dövlət Departamentindən verilən məlumata görə, bu, C.Kerrinin martın 21-22-də Kubaya planlaşdırılan səfərindən sonra reallaşacaq. Məlumatda o da xüsusi vurğulanır ki, Kerri Moskvaya prezident Vladimir Putinlə görüşmək üçün gedir.

Dövlət katibi hesab edir ki, indi Suriya münaqişəsini bitirmək, Ukrayna məsələsini aktuallaşdırmaq və ikitərəfli bir çox məsələləri çözmək üçün ən münasib vaxtdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti