“1992-ci il təvəllüdlü bir qadını, bədənini partladaraq ölüm saçmağa aparan səbəbləri müzakirə etmədikcə terrorla mübarizə yalandır.” – deyə Selina Doğan“Twitter” səhifəsində yazıb.
Sosial şəbəkə istifadəçilərinin kəskin etirazından sonra erməni əsilli millət vəkili “yanlış anlaşıldım” deyərək qalmaqallı “tviti”ni silib.

Qeyd edək ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada 37 nəfərin ölümü, 125-dən çox insanın yaralanmasına ilə nəticələnən terror aktı törədilib. Hadisənin Səhər Çağla Dəmir adlı tələbə qız tərəfindən törədildiyi məlum olub.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


