İŞİD Suriya və İraqda mövqeyini itirir

İŞİD Suriya və İraqda mövqeyini itirir
  16 Mart 2016    Oxunub:2575
İŞİD terror qruplaşması son bir ildə Suriya və İraqda ələ keçirdiyi ərazilərin təxminən 22 faizini itirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb regionlarda əməliyyat aparan dövlətlərin havadan hücumu və terrorçuların Suriya-Türkiyə sərhədlərinə nəzarəti əldən verməsidir.

Qeyd olunub ki, qruplaşmanın rəhbərləri arasında mövcud münaqişə işğal edilən ərazilərin nəzarətdən çıxmasına səbəb olub.

Hesabatda bildirilib ki, İŞİD bu müddət ərzində gəlirlərinin 40 faizindən də məhrum olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  



Xəbər lenti