Ermənistan ordusunda daha bir itki

Ermənistan ordusunda daha bir itki
  15 Mart 2016    Oxunub:2599
Ermənistanın Tavuş rayonunda hərbi hissələrdən birində güllə yarası olan əsgər meyiti tapılıb.
Bu barədə AzVision.az erməni Kİv-nə istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti əsgərin Noemberyan dayaq məntəqələrindən birində güllə yarası alması nəticəsində öldüyünü bildirib.

Meyitə baxış zamanı məlum olub ki, əsgər başından yaralanıb. İlkin ehtimala əsasən əsgər intihar edib. Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti