Əsəd Putinə təşəkkür etdi

Əsəd Putinə təşəkkür etdi
  15 Mart 2016    Oxunub:3073
Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə terrorçuluqla mübarizədə genişmiqyaslı dəstəyə və humanitar yardıma görə minnətdarlığını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putinlə Əsəd arasında telefon danışığı olub.

Qeyd edək ki, Vladimir Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılması ilə bağlı göstəriş verib.

`Hesab edirəm ki, Rusiya Hərbi-Kosmik Qüvvələri əsas vəzifələrini yerinə yetiriblər`,-deyə Putin bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti