Türkiyə PKK-dan qisas alır -19 ölü

Türkiyə PKK-dan qisas alır -19 ölü
  14 Mart 2016    Oxunub:3144
Türkiyədə keçirilən genişmiqyaslı anti-terror əməliyyatı nəticəsində 19 PKK silahlısı zərərsizləşdirilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakkarinin Yüksekova bölgəsində 17, Mardin bölgəsində isə 2 terrorçu öldürülüb.

Bundan başqa İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları və xüsusi təyinatlı polislərin yaşayış məntəqələrində keçirdiyi əməliyyatlar zamanı 20-dən artıq şəxs saxlanılıb.

Qeyd edək ki, Mardinin Nusaybin və Hakkarinin Yüksekova bölgələrində 20 min hərbçinin iştirakı ilə PKK terrorçularına qarşı əməliyyatlar keçirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  



Xəbər lenti