Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlir

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlir
  14 Mart 2016    Oxunub:1416
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti martın 15-16-da Azərbaycanda səfərdə olacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə təşkilatın Bakı nümayəndəliyindən bildirilib.

Vurğulanıb ki, səfər zamanı qurumla Azərbaycan arasında mövcud münasibətlərin inkişaf etdirilməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması ilə bağlı müzakirə olunacaq.

Xatırladaq ki, Herbert Salberin Bakıya sonuncu səfəri yanvarın 14-15-də baş tutub, Azərbaycan rəsmiləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikir mübadiləsi aparıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti