Məhəmməd peyğəmbəri `həbs etmək` istəyən nazir işdən qovuldu

Məhəmməd peyğəmbəri `həbs etmək` istəyən nazir işdən qovuldu
  14 Mart 2016    Oxunub:3699
Misirin ədliyyə naziri Əhməd Zind ölkə telekanallarından birində çıxışına görə tutduğu vəzifədən azad olunub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazirin işdən çıxarılmasına səbəb onun Məhəmməd peyğəmbərlə bağlı ilginc çıxışı olub.

Nazirin`hətta Məhəmməd peyğəmbər də cinayət törətsəydi, onu da həbs edərdim` -deyə çıxışı ölkədə etirazla qarşılanıb.

Əhməd Zind fikirlərinə görə xalqdan üzr istəsə də, ölkənin baş naziri onu işdən çıxarıb.

Misir Vəkillər Birliyi bu qərara qarşı çıxıb. Vəkillərdən biri nazirin sadəcə yanlışlığa yol verdiyini və buna görə məmurun işdən çıxarılmamalı olduğunu bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti