Məmmədyarov Çinə gedir

Məmmədyarov Çinə gedir
  13 Mart 2016    Oxunub:1290
Xarici işlər naziri Elmar Məmmədyarov 13-14 mart tarixlərində Çin Xalq Respublikasına işgüzar səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşlər keçirəcək və Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə Tərəfdaşı statusunun verilməsinə dair Memorandumu imzalayacaq.

Səfər əsnasında nazir Elmar Məmmədyarovun Çin Xalq Respublikasının bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti