Rusiya Ukraynaya nota verdi

Rusiya Ukraynaya nota verdi
  11 Mart 2016    Oxunub:2493
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Kiyev, Odessa və Lvovda RF-nin diplomatik nümayəndəliklərinə hücumlarla bağlı Ukraynaya nota göndərib.
Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

O deyib ki, notada ekstremistlərin provokasiya xarakterli addımlarına xüsusi diqqət yönəldilib: "Aktivistlərin hərəkətləri Ali Radanın deputatları tərəfindən təşfiqedilib, bəzi hallarda isə istiqamətləndirilib".

M.Zaxarovanın sözlərinə görə, bu ona dəlalət edir ki, provokasiyalar əvvəlcədən planlaşdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti