`Putin Obamadan güclü liderdir` – Tramp
“Hesab edirəm ki, Putin Rusiya üçün olduqca güclü liderdir. O, bizim prezidentdən xeyli güclüdür”, - deyə Tramp bildirib.
Siyasətçi, səsləndirdiyi fikirlərin Rusiya prezidentini dəstəkləməsi anlamına gəlmədiyini deyib.
Tramp, həmçinin qeyd edib ki, daha əvvəl Almaniya kansleri Angela Merkeli də güclü lider hesab edib: “Lakin onun Almaniyanın başına gətirdiyini oyunu görəndə məyus oldum. Almaniya indi fəlakətə bənzəyir”.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


